HR Бизнес-Партнёр

 

27-28 fevral 2020-ci il tarixlərində "Midtown" otelində “İnsan resurslarının idarəedilməsi əsasları” təlimi keçiriləcək. Təlim İR-in idarə edilməsinin əsasları üzrə baza bilikləri əldə etmək istəyən işçilər və rəhbərlər üçündür. Təlim interaktiv şəkildə keçiriləcək və nəzəriyyə ilə yanaşı bir sıra fərdi və qrup çalışmalarını, eləcə də beyin firtınası və rol oyunlarını da özünə daxil edəcək.

Təlimin əhatə edəcəyi mövzular:

- İR üzrə təhsil;

- Müasir İR;

- İR üzrə biznes-partnyor;

- Təşkilatı prosesin planlaşdırılması;

- İşin effektivliyini idarəetmə;

- Kadr potensialını idarəetmə;

- Mükafatlandırmanın idarəetmədə rolu;

 

Təlimin sonunda iştirakçıların əldə edəcəyi biliklər:

 

- İR üzrə təhsil modulları;

- İR üzrə biznes-partnyor;

- Təşkilatı prosesin planlaşdırılması;

- Mükafatlandırma ilə idarəetmə.

 

Təlimçi Çimnaz Qasımova, neft, bank və konsaltinq sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsinin müxtəlif sahələri  üzrə 20 illik təcrübəyə malik yüksək ixtisaslı peşəkardır. Bu illər ərzində o, Qazaxıstan və Sinqapura uzunmüddətli ezamiyyətlərə göndərilmişdir. O, lisenziyalı təlimçi (ACC ICF) və biznes təlimçidir.

 

Təlimin keçiriləcəyi dil: azərbaycan dili.

 

Əlavə məlumat almaq və təlimdə iştirak etmək üçün, +994774669696 (Əzizə xanım) nömrəsi ilə əlaqə saxlamağınız xahış edilir.