Bazar ertəsi, 13 İyul 2020 10:15

ONLINE B2B FORUM AZERBAIJAN – MOSCOW & MOSCOW REGION 13-17.07.2020

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, 2020-ci il iyulun 13-dən 17-dək Caspian European Club-un üzv şirkətlərinin rəhbərlərinin və Moskva şəhərindən olan sahibkarların iştirakı ilə onlayn biznes-missiya keçiriləcək.

Danışıqların təşkilatçısı «Mosprom» Muxtar qeyri-kommersiya təşkilatıdır. Danışıqların təşkili və keçirilməsi üzrə operator qismində «Biznes-Geometriya» İşgüzar Əməkdaşlıq Mərkəzi çıxış edir. 

Onlayn biznes-missiyanın təşkilində məqsəd Moskva və Moskva vilayətinin qida sahəsinin ixracat potensialının inkişafından ibarətdir. 
Proqramda onlayn rejimdə bir sıra tədbirlər yer alacaq: Moskva şirkətlərinin təqdimatı, dəyirmi masa, azərbaycanlı və rusiyalı sahibkarlar arasında fərdi B2B danışıqları.
Danışıqların məqsədi uzunmüddətli qarşılıqlı əməkdaşlıq və partnyorluq istiqamətlərinin axtarışıdır. Proqram və Rusiya tərəfindən olan iştirakçıların siyahısını əlavə edirik.
Sözügedən onlayn biznes-missiyaya olan böyük marağı nəzərə alaraq RƏHBƏRLƏRİN iştirakının aşağıdakı link vasitəsilə TƏCİLİ təsdiqlənməsini son dərəcə xahiş edirik:    https://events.nethouse.ru/all/23211/ 
Onlayn biznes-missiya Zoom platformasında keçiriləcək. Qoşulma üçün link öz iştirakını təsdiqləmiş şirkətlərə göndəriləcək.

EVENTS ARCHIVE