club@caspianenergy.net +994503145358
Cümə axşamı, 18 İyun 2020 05:15

12 iyun tarixində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında keçirilən «Made in Uzbekistan Online» adlı biznes forumu uğurla başa çatıb. Biznes forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 56 istehsalçısı, eləcə də Azərbaycanın 60-dan çox sahibkarı iştirak ediblər. Biznes forumun proqramına qida sənayesi və kənd təsərrüfatı, maşınqayırma və dağ-mədən sənayesi, yüngül sənaye, elektrotexnika sahələri üzrə görüşlər daxil olub.

Biznes forumum çərçivəsində 100-dən artıq səmərəli ikitərəfli B2B görüşlər keçirilib. Bu görüşlər çərçivəsində özbək şirkətləri öz məhsullarını təqdim etmək, Azərbaycan şirkətləri isə bizneslərinin inkişafı üçün yeni imkanlar tapmaq imkanı əldə edibər.

Forum təşkilatçıları hər iki tərəfdən iştirakçılardan tədbirin yüksək səviyyədə təşkilat olduğu qeyd olunan bir çox müsbət rəy alıblar.

 “- İlk öncə gözəl təşkilatçılıq, işgüzar ab-hava və nikbin münasibət üçün çox təşəkkür edirəm! Forum çox yüksək səviyyədə keçirildi. Forum zamanı konstruktiv, faydalı ünsiyyət baş tutdu, tədbir iştirakçıları məmnun qaldılar. İnanıram ki, biznes forum Azərbaycan və Özbəkistan işgüzar dairələrində işgüzar mühitin qorunmasında mühüm addım olacaq. İş adamlarımızın sərgilərdə artıq “canlı” formatda danışıqlar aparmağını gözləyirik”. Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Baxrom Əşrəfxanov.

 “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçirilib. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.

Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən təşkil olunub.