CASPIAN EUROPEAN CLUB-a
XOŞ GƏLMİŞSİNİZ!

Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 70 ölkəsinin 5 000-dən artıq şirkət və təşkilatını birləşdirən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən (və ya fəaliyyət göstərmək niyyətində olan) ən nəhəng və dinamik inkişaf edən regional təşkilatdır.

Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.

Yarandığı ilk gündən Caspian European Club-un (Caspian Business Club) sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdir.

Rəsmi adı Caspian European Club-dur. Rəsmi adla yanaşı, Caspian Business Club, Caspian Energy Club adlarından və CEIBC abbreviaturasından da istifadə olunur.

Caspian European Club-un (Caspian Business Club) rəsmi saytı – www.caspianenergy.org 

Hal-hazırda Klubun işinin təşkili üçün idarəedici şirkət “Caspian Energy Jurnalı” MMC elan olunub. 

Caspian European Club-un  (Caspian Business Club) mənzil-qərargahı Xəzəryanı regionunda yeganə sahilboyu paytaxt olan Bakı şəhərində yerləşir.

                Caspian European Club-un (Caspian Business Club) əsas hədəfləri:

- neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi;

- iqtisadiyyat, energetika, gömrük, vergi, ətraf mühitin mühafizəsi və s. məsələlər üzrə ümumi proqramın hazırlanması üçün informasiya səviyyəsində lazımi şərtlərin yaradılması;

- xarici və yerli biznes nümayəndələrinin problemlərinin sistematik öyrənilməsi və bu məlumatların Prezident Administrasiyası, hökumət, parlament və iqtisadi bloka nəzarət edən dövlət qurumlarına çatdırılması;

- əlverişli investisiya və biznes mühitinin yaradılmasını şərtləndirən proqram və təkliflərin həyata keçirilməsi;

- regional əhəmiyyətli müxtəlif informasiya layihələrinin gerçəkləşdirilməsi;

- biznes-forum, dəyirmi masa və işçi qruplar çərçivəsində dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi;

- kiçik və orta biznesin informasiya səviyyəsində dəstəklənməsi və inkişafı;

- ekoloji və alternativ enerji layihələrinin informasiya səviyyəsində dəstəklənməsi və irəli çəkilməsi;

- informasiya texnologiyalarının və telekommunikasiyanın inkişafı və tətbiqi üzrə layihələrə informasiya səviyyəsində dəstək göstərilməsi;

- Xəzər-Qara dəniz regionu şirkətlərinin Avropa ölkələrində və Avropa dövlətləri şirkətlərinin Xəzər-Qara dəniz regionunda informasiya səviyyəsində  lobbiləşdirilməsi və irəliləyişi;

CASPİAN EUROPEAN CLUB-UN (CASPİAN BUSİNESS CLUB) TƏRKİBİNƏ DAXİL OLAN SAHƏ KLUBLARI VƏ İŞÇİ KOMİTƏLƏRİ:

  • Caspian European Investment Club
  • Caspian European Oil&Gas Club
  • Caspian European Energy Club
  • Caspian European Industry Club
  • Caspian European Construction Club
  • Caspian European Transport Club
  • Caspian European Tourism Club
  • Caspian European IT Club
  • Caspian European Telecommunication Club
  • Caspian European Medical Club
  • Caspian European Education Club
  • Caspian European Agroindustry and FMCG Club
  • Caspian European Finance Club
  • Caspian European Banking Club
  • Caspian European Insurance Club
  • Caspian European Auto Club
  • Caspian European Media Club
  • Caspian European Services Club
  • Caspian European Law Club
  • Caspian European Security Club
  • Tax & Customs Committee
  • Migration & Visas Committee
  • HR & Labor committee
  • Corporate Social Responsibility Committee
  • Women Entrepreneurs Committee
  • Young Entrepreneurs Committee
  • SME (Small & Medium Entrepreneurs) Committee

 

Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri fəxri, platin, qızıl, gümüş, bürünc və assosiativ qruplara bölünürlər.

Klubun platin və qızıl üzvləri daha geniş səlahiyyətlərə malikdir. Onlar Caspian Energy İnternational Media Group-a daxil olan bütün elektron və çap nəşrlərində reklam və reklam materiallarının yerləşdirilməsi zamanı maksimal endirim təklifləri əldə edirlər. Bundan əlavə, dövlət və hökumət başçıları ilə görüşlərdə də yalnız Klubun platin və qızıl üzvləri iştirak edə bilərlər.

Caspian European Club (Caspian Business Club) çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində hər il mütəmadi olaraq aşağıdakı tədbirlər təşkil olunur:

- Caspian European Forum, Caspian Business Forum Caspian Energy Forum (www.CaspianEnergyForum.com) beynəlxalq forumları,

- Caspian Energy Award Caspian Business Award (www.CaspianEnergyAward.com), Caspian CEO Award (www.Award.CEO), Caspian Brand Award (www.BrandAward.org), Luxury Brand Award (www.LuxuryBrandAward.org) beynəlxalq mükafatlarının təqdimatı.

Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə bir sıra informasiya layihələri fəaliyyət göstərir.

Caspian Energy (www.caspianenergy.media), Caspian Business Club (www.caspianbusiness.club), CASPIAN ENERGY CEO (www.caspianenergy.ceo) jurnalları nəşr edilir .

Bundan əlavə, Caspian energy News (www.caspianenergy.net) elektron qəzeti, Caspian Energy Museum (www.oil-gas.az) neft-qaz ensiklopediyası, CASPIAN ENERGY INFO (www.caspianenergy.info) internet soraq kitabçası, CASPIAN ENERGY JOBS (www.caspianenergy.jobs) rekrutinq agentliyi, CASPIAN ENERGY TV (www.caspianenergy.tv) internet televiziyası, CASPIAN ENERGY SPORT (www.caspianenergy.sport) agentliyi, Caspian Energy Marketing (www.caspianenergy.marketing) tədqiqat qrupu və s. fəaliyyət göstərir.